Bank Of Baku

Rusiya Ukraynanın Kupyansk rayonuna zərbələr endirib, ölənlər var

Rusiya Ukraynanın Kupyansk rayonuna zərbələr endirib, ölənlər var
# 26 avqust 2023 14:08 (UTC +04:00)

Rusiya hərbi qüvvələri Ukraynanın Kupyansk rayonuna zərbələr endirib, ölənlər və yaralananlar var.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Hərbi Admnisitrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

"İşğalçılar Kupyansk rayonuna zərbələr endiriblər. Həkimlər tərəfindən verilən ilkin məlumata görə, Podilı kəndində atəş nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Məlumatlar dəqiqləşdirilir. Düşmən mülki obyekti yerli sakinlərin gün ərzində olduğu kafeni vurub", - Sinequbov bildirib.

O, əlavə edib ki, hadisə yerində polis və təcili yardım xidmətləri işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR