Bank Of Baku

Rusiya Xersonu bombalayıb: ölən və yaralananlar var - VİDEO

Rusiya Xersonu bombalayıb: ölən və yaralananlar var - VİDEO
# 20 dekabr 2024 11:08 (UTC +04:00)

Rusiya səhər saatlarından etibarən Xerson vilayətinə zərbələr endirib.

APA-nın “unian”a istinadən xəbərinə görə, bu barədə Administrasiya rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9-u isə yaralanıb.

Administrasiya rəhbəri əlavə edib ki, hədəfdə yaşayış məntəqələri, eləcə də sosial və kritik infrastruktur obyektləri olub. Hazırda vilayətin bütün rayonlarında partlayış səsləri eşidilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR