Bank Of Baku

Rusiya Zaporojye AES-ə hücum edərsə, Polşa adekvat cavab verəcək

Rusiya Zaporojye AES-ə hücum edərsə, Polşa adekvat cavab verəcək
# 06 iyul 2023 10:51 (UTC +04:00)

Rusiya Ukraynada Zaporojye AES-ə hücum edərsə, Polşa adekvat cavab verəcək.

APA xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau “BBC Newsnight”a müsahibəsində deyib.

“Bu tamamilə yeni bir situasiya olacaq. Biz adekvat cavab verəcəyik”, - Rau bildirib.

XİN başçısı əlavə edib ki, belə bir zərbə NATO ərazisinin böyük bir hissəsinə təsir edəcəyi üçün alyans cavab verməli olacaq. “Ona görə də, bu, müvafiq cavab tələb edəcək. Məndən bu cavabın nə olacağını deməyimi gözləməyin”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR