Bank Of Baku

Rusiya Zaporojyeyə dron zərbəsi endirib, 19 nəfər yaralanıb

Rusiya Zaporojyeyə dron zərbəsi endirib, 19 nəfər yaralanıb
# 26 noyabr 2025 12:11 (UTC +04:00)

Rusiyanın Zaporojye şəhərinə dron hücumu nəticəsində 19 nəfər xəsarət alıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə regional qubernatorluq məlumat yayıb.

Məlumata görə, hücum dükanları və 31 mənzil blokunu dağıdıb.

Dron zərbələri genişmiqyaslı yanğınlara səbəb olub.

Ukrayna ordusu ötən gecə Rusiyanın 90 dronundan 72-nin zərərsizləşdirildiyini bildirib.

Qeyd edək ki, Rusiya ordusu Zaporojye regionunda irəliləyir, lakin şəhərin özü Ukraynanın nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR