Bank Of Baku

Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği açıqlanıb

Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği açıqlanıb
# 03 iyul 2023 14:48 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra bu ölkənin Avropa İttifaqına üzv ölkələrdə dondurulmuş aktivlərinin məbləği açıqlanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders Haaqada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği hazırda 207 milyard avro təşkil edir.

“Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını müzakirə edir”, - o bildirib.

Reynders əlavə edib ki, Avropa Komissiyası bu yolla ildə 3 milyard avroya qədər vəsait əldə edəcəyini gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR