Avropa İttifaqının xarici işlər nazirləri bəzi rus banklarının SWIFT sistemindən xaric edilməsi ilə bağlı razılığa gəliblər.
APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel açıqlama verib.
Qərar Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək.