Bank Of Baku

Rusiyanın Kiyevə hücumu nəticəsində dörd nəfər ölüb, daha üç nəfər isə yaralanıb - YENİLƏNİB

Rusiyanın Kiyevə hücumu nəticəsində dörd nəfər ölüb, daha üç nəfər isə yaralanıb - YENİLƏNİB
# 25 noyabr 2025 10:39 (UTC +04:00)

Rusiyanın 25 noyabr gecəsi Kiyevə endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

APA xəbər verir ki bu barədə "RBC-Ukraine" məlumat yayıb.

***

06:01

Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu nəticəsində azı 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hava hücumu nəticəsində yaşayış binaları və mülki infrastruktura ziyan dəyib. Hadisədən zərər çəkən 9 nəfər xilas edilib.

“Peçerski rayonunda 22 mərtəbəli yaşayış binasında dağıntılar olub. Xilasedicilər 5-ci mərtəbədəki yanğını söndürüblər. Bir nəfər xilas edilib. Dağıntılar təmizlənir”, - məlumatda bildirilir.

Bundan başqa Dneprovsk rayonunda da doqquzmərtəbəli yaşayış binasında dağıntı qeydə alınıb. Hücum nəticəsində binanın 6-cı və 7-ci mərtəbələrdə yanğın başlayıb. Ümumilikdə 8 nəfəri xilas etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR