Bank Of Baku

Rusiyanın Lvova raket hücumunda 4 nəfər həlak olub, 37 nəfər yaralanıb

Rusiyanın Lvova raket hücumunda 4 nəfər həlak olub, 37 nəfər yaralanıb
# 06 iyul 2023 15:59 (UTC +04:00)

Rusiyanın Lvova raket hücumu nəticəsində 4 nəfər həlak olub.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski bildirib. O, ölənlərdən birinin isə 32 yaşlı qadın olduğunu qeyd edib. Administrasiya rəhbəri bundan əvvəl yaydığı məlumatda 21 yaşlı gənc qızın və 95 yaşlı İkinci Dünya Müharibəsi vetereanın ölümünün həqiqətə uyğun olmadığını bildirib.

Rəsmilər hücum nəticəsində ümumilikdə, 4 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını, 30-dan çox evə, 250-dən çox mənzilə, 10 yataqxanaya, bir körpələr evinə, iki universitet binasına və bir məktəbə ziyan dəydiyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR