Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
# 14 fevral 2024 14:12 (UTC +04:00)

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyalı diplomatın XİN-ə çağırılmasına səbəb kimi ölkənin Baş naziri Kaya Kallasın Rusiya DİN tərəfindən axtarışa verilməsi göstərilib.

Xatırladaq ki, dünən Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın Baş naziri Kaya Kallası cinayət işi üzrə axtarışa verib.

Axtarış siyahısına Latviyanın ədliyyə naziri İnese Libinu-Eqnere, maliyyə naziri Arvils Aşeradens və kənd təsərrüfatı naziri Armands Krauseni, Estoniyanın dövlət katibi Taymar Peterkop və Litvanın mədəniyyət naziri Simonas Kairis də əlavə edilib.

Adı çəkilən şəxslərin hamısı sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsi ilə bağlı cinayət işi çərçivəsində axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR