Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırılıb

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırılıb
# 14 fevral 2024 11:12 (UTC +04:00)

Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili Oleq Zıkov Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc edilib.

Məlumatda deyilir ki, Rusiya tərəfinin axtarışa verdiyi və siyasi ittihamlar irəli sürdüyü Latviyanın sabiq və hazırkı dövlət qulluqçularının açıqlanan siyahısı ilə bağlı izahat almaq üçün Zıkov XİN-ə çağırılıb.

Xatırladaq ki, dünən Rusiya Daxili İşlər Nazirliyi Latviyanın ədliyyə naziri İnese Libinu-Eqnere, maliyyə naziri Arvils Aşeradens və kənd təsərrüfatı naziri Armands Krauseni cinayət işi üzrə axtarışa verib.

Axtarış siyahısına Estoniyanın Baş naziri Kaya Kallas, dövlət katibi Taymar Peterkop və Litvanın mədəniyyət naziri Simonas Kairis də əlavə edilib.

Adı çəkilən şəxslərin hamısı sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsi ilə bağlı cinayət işi çərçivəsində axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR