Rusiya hərbçiləri Ukraynanın Sumı şəhərinə dörd idarəolunan aviasiya bombası ilə zərbə endirib.
Bu barədə "RBK-Ukrayna" Sumı şəhərinin icra başçısı vəzifəsini icra edən Artem Kobzarın Telegram paylaşımına istinadən məlumat yayıb.
Məlumata görə, zərbələr şəhərin Zareçnı və Kovpakovski rayonlarına endirilib. Hadisə nəticəsində bir kişi həlak olub.
Bundan başqa, 20-dən çox fərdi yaşayış evinə və mülki infrastruktura ziyan dəyib.