Bank Of Baku

Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üzrə Beynəlxalq Mərkəz fəaliyyətə başlayıb

Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üzrə Beynəlxalq Mərkəz fəaliyyətə başlayıb
# 03 iyul 2023 14:14 (UTC +04:00)

Bu gün Haaqada Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Mühakiməsi üzrə Beynəlxalq Mərkəz (ICPA) fəaliyyətə başlayıb.

APA xəbər verir ki, Mərkəz Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) nəzdində fəaliyyət göstərəcək.

Yeni yaradılan Mərkəz Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətini araşdırmaq və gələcək məhkəmələr üçün işin qurulmasını asanlaşdırmaq üçün əsas rol oynayacaq. O, təcavüz cinayəti ilə bağlı davam edən və gələcək təhqiqatları dəstəkləmək və təkmilləşdirmək üçün struktur təmin edəcək və Rusiya təcavüzünün başlanmasından bəri toplanmış sübutların mübadiləsinə və təhlilinə töhfə verəcək.

Avropa Komissiyanın dəstəyi ilə yaradılmış Mərkəz artıq Birgə İstintaq Qrupunda təmsil olunan seçilmiş prokurorlardan (Aİ-yə üzv ölkələrdən - red.) ibarətdir.

Eurojust Mərkəz üçün sübutların qorunması, saxlanması və təhlili də daxil olmaqla əməliyyat, hüquqi, maliyyə və maddi-texniki dəstəyi təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR