Rusiya Silahlı Qüvvələri Ukraynanın Kupyansk şəhərinin mərkəzinə S-300 sistemi vasitəsilə raket hücumu edib və nəticədə 10 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Sinequbovun sözlərinə görə, 3 nəfər xəstəxanaya yerləşdirilib, 7 nəfər yüngül xəsarət alıb və onlara yerindəcə tibbi yardım göstərilib, 2 nəfər dağıntılar altında qalıb:
“Hadisə yerində Ukrayna FHN bütün bölmələri və təcili tibbi yardım briqadaları işləyir. Xarkov şəhərinə və vilayətin digər yaşayış məntəqələrinə yeni raket hücumları ehtimalı kifayət qədər yüksək olaraq qalır. Həyəcan siqnallarını ciddi qəbul edin və sığınacaqlarda qalın”, - o qeyd edib.