Bank Of Baku

Rusiyanın Zaporojye və Pavloqrada hava hücumu nəticəsində 5 nəfər ölüb, 53 nəfər yaralanıb

Rusiyanın Zaporojye və Pavloqrada hava hücumu nəticəsində  5 nəfər ölüb, 53 nəfər yaralanıb
# 20 iyul 2026 14:04 (UTC +04:00)

Rusiya ordusunun Ukraynanın Zaporojye və Pavloqrad şəhərlərinə idarə olunan aviasiya bombaları ilə endirdiyi zərbələr nəticəsində azı 5 nəfər ölüb, 53 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraine” məlumat yayıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, şəhərə və Zaporojye rayonuna endirilən zərbələr nəticəsində ölən 3 nəfərdən biri 11 yaşlı qızdır. Hücum zamanı yaşayış binasına aviasiya bombası düşüb, beşmərtəbəli binanın iki mərtəbəsi dağılıb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti uşağın meyitinin gecə saatlarında dağıntılar altından çıxarıldığını açıqlayıb. Məlumata görə, hücum nəticəsində 45 nəfər yaralanıb, onlardan 8-i uşaqdır.

Bundan əlavə, Rusiya ordusu Pavloqrad şəhərində də çoxmərtəbəli yaşayış binasına idarə olunan aviasiya bombası ilə zərbə endirib. Vilayət Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar arasında 1 yaşlı qız uşağı da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR