Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən İstanbul bazarı ərazisində baş vermiş atışma zamanı 4 nəfər həlak olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazar ərazisinə gələrək bir neçə dəfə atəş açıb.
Hadisə nəticəsində yaralanmış daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
İnsidenti törədən şəxsin hadisə yerində saxlanıldığı bildirilib.
DİN yaralı şəxsin və ölənlərdən birinin hücumu törədənin qohumları olduğunu açıqlayıb.
Faktla əlaqədar istintaq başladılıb.
***
11:38
Rustavi şəhərində bazarda atışma olub.
APA xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Məlumata görə, atışma bazara girərək ticarətçilərə atəş açan naməlum şəxs tərəfindən törədilib.