Bank Of Baku

Rütte NATO-nun sülhməramlılarının Ukraynadakı missiyada iştirakı məsələsinə aydınlıq gətirib

NATO-nun baş katibi Mark Rütte

© APA | NATO-nun baş katibi Mark Rütte

# 05 aprel 2025 15:06 (UTC +04:00)

“NATO Ukraynadakı sülhməramlı missiyada iştirak etməyəcək. Çünki bu addım sonradan alyansın nəzarətindəki ərazilərin müdafiəsinə təsir göstərə bilər”.

APA-nın məlumatına görə, bunu “nv.ua”ya müsahibəsində alyansın baş katibi Mark Rütte deyib. O əlavə edib ki, müttəfiqlər Ukraynada təhlükəsizliyin təminatı məsələsinə bir neçə fərqli variant təklif edir:

“Bu variantların reallaşması üçün ya atəşkəs, ya da sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır. İndiki mərhələdə Böyük Britaniya və Fransa həmfikir dövlətlərlə birlikdə təhlükəsizlik zəmanəti üçün yollar axtarır. İtaliya tərəfi isə fərqli yanaşma təklif edir. Hesab edirəm ki, ən yaxşısı sülhün əldə olunmasını gözləmək və bu ideyaları daha da təkmilləşdirməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR