Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda bu gün sayca 4-cü dəfə zəlzələ baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Sonuncu zəlzələnin şiddəti 4,4 bal olub.
Adana valiliyinin məlumatına görə, dağıntı və tələfat qeydə alınmayıb.
***
15:58
Türkiyədə ard-arda 3 zəlzələ baş verib
APA-nın Türkiyə bürosu xəbər verir ki, sonuncu hadisə Türkiyənin Osmaniyə vilayətində baş verib. Orada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
***
15:31
Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 7,99 km dərinliyində baş verib.