Bank Of Baku

Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək

Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
# 26 oktyabr 2026 00:22 (UTC +04:00)

İtaliyanın Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini Ukraynaya maliyyə və hərbi yardımın dayandırılması təşəbbüsü ilə çıxış edəcəyini bildirib.

APA xəbər verir ki, Salvini bu barədə rəhbərlik etdiyi “Liqa” partiyasının növbədənkənar qurultayında çıxışı zamanı danışıb. Qurultayda o, böyük səs çoxluğu ilə yenidən partiyanın milli katibi seçilib.

“Əgər bu qurultayda məni katib seçirsinizsə, bunu növbəti Nazirlər Şurasının iclasında ‘Liqa’nın mövqeyini müdafiə etmək üçün mandat hesab edirəm. Biz artıq Ukraynaya pul və silah göndərə bilmərik”, – deyə Salvini bildirib.

Qeyd edək ki, “Liqa” partiyası əvvəllər də Kiyevə silah tədarükünün dayandırılmasını dəstəkləyib və müharibənin diplomatik yolla həllinə çağırıb.

Bununla belə, partiya Ukraynaya yardım məsələləri üzrə parlament səsvermələrində dəfələrlə hakim koalisiyanın mövqeyini dəstəkləyib.

İtaliya müxalifəti və yerli media Salvininin Ukrayna ilə bağlı mövqeyinin Baş nazir Corca Meloni və xarici işlər naziri Antonio Tayaninin yanaşmasından fərqləndiyini qeyd edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR