Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən narahatdır

Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən narahatdır
# 08 mart 2023 16:18 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib.

APA xəbər verir ki, Şarl Mişel bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"Dinc etiraz hüququ istənilən demokratiyanın əsasını təşkil edir. "Xarici təsir" qanununun qəbulu Gürcüstanda əksəriyyətin arzuladığı Aİ-yə inteqrasiya yoluna uyğun deyil. Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Aİ layihəsinin əsasında dayanır", - deyə Aİ Şurasının Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR