Serbiya prezidenti Aleksandar Vuçiç Çinin sədri Si Tsinpin ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə A.Vuçiç "Prva TV" televiziya kanalının proqramında deyib.
Məlumata əsasən, Serbiya prezidenti Si Tsinpin ilə "Bir kəmər - bir yol" beynəlxalq forumu üçün Çinə səfəri zamanı görüşəcək.