Bank Of Baku

Serbiyada prezident və parlament seçkiləri başlayır

Serbiyada prezident və parlament seçkiləri başlayır
# 03 aprel 2022 09:14 (UTC +04:00)

Bu gün Serbiyada prezident və növbədənkənar parlament seçkiləri başlayıb.

Yerli vaxtla saat 07:00-da ölkə üzrə 8255 seçki məntəqəsi açılıb, onlar saat 20:00-a qədər fəaliyyətini davam etdirəcəklər.

APA bildirir ki, bu barədə Serbiya Respublikasının Respublika Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, eyni vaxtda Belqrad şəhər şurasına, eləcə də Serbiyanın 12 bələdiyyəsinin şuralarına seçkilər keçiriləcək.

Qeyd edək ki, prezidentliyə əsas namizəd hazırkı dövlət başçısı Aleksandr Vuçiçdir. Əksər analitiklər onun qələbəsinə şübhə etmirlər. Sual yalnız Vuçiçin ilk raundda 60%-dən çox bal toplayıb-toplaya bilməyəcəyi ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR