Bank Of Baku

Səudiyyə Ərəbistanı dünya neft bazarında İranı əvəzləməyə hazır olduğunu bəyan edib

Səudiyyə Ərəbistanı dünya neft bazarında İranı əvəzləməyə hazır olduğunu bəyan edib
# 10 may 2019 06:45 (UTC +04:00)

Səudiyyə Ərəbistanı iyun ayından etibarən dünya neft bazarında İranı İslam Respublikasını əvəzləməyə hazır olduğunu bəyan edib

ONA Bloomberg-ə istinadla xəbər verir ki, bəyanatda Ərəbistanın daxili təlabatlarını İrandan aldığı neftlə ödəyən ölkələrə də bəs edəcək miqdarda neft sata biləcəyi əks olunub.


Qeyd edilib ki, Səudiyyə Ərəbistanı OPEK-lə əldə edilmiş razılaşma əsasında hərəkət edəcək. Razılaşmaya əsasən, neft ixrac edən ölkələr 2019-cu ilin ilk yarısında günlük hasilatlarını 1.2 milyon barel azaltmağa qərar veriblər.

 
Məlumat üçün bildirək ki, rəsmi Əl-Riad razılaşma çərçivəsində gündəlik 10 milyon 311 min barel neft istehsal edə bildiyi halda ötən ay gündəlik hasilatının həcmi 9.8 milyon barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR