Bank Of Baku

Səudiyyə Ərəbistanında “Akıncı” PUA-sı istehsal ediləcək

Səudiyyə Ərəbistanında “Akıncı” PUA-sı istehsal ediləcək
# 07 avqust 2023 02:54 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Hərbi Sənaye Şirkəti (SAMI) və Türkiyənin təyyarə istehsalçısı Baykar arasında Krallıqda Bayraktar Akıncı döyüş pilotsuz təyyarələrinin istehsalının lokallaşdırılmasını nəzərdə tutan müqavilə imzalanıb.

APA xəbər verir ki, bu barədə Səudiyyə hökuməti məlumat yayıb

"Bayraktar Akıncı pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin "Baykar" şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnunuq. Bu müqavilə milli müdafiə sənayesinin dəstəklənməsində rolumuzu gücləndirəcək və imkanlarımızı genişləndirəcək. ”, - şirkətin açıqlamasında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR