Bank Of Baku

Siciliyada yanğın səbəbindən hava limanı 3 gün işləməyəcək

Siciliyada yanğın səbəbindən hava limanı 3 gün işləməyəcək
# 17 iyul 2023 12:28 (UTC +04:00)

Siciliyanın şərqindəki Kataniya şəhərindəki hava limanı yanğın səbəbindən bağlanıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, hava limanı iyulun 19-a qədər sərnişinləri qəbul etməyəcək.

Aeroportdan bildirilib ki, yanğın 16-da axşam saatlarında baş verib və xəsarət alan olmayıb. Yanğınsöndürənlər təxminən 90 dəqiqə sonra alovun qarşısını ala biliblər.

Kataniya, Siciliyanın paytaxtı Palermo və Messina şəhərləri bazar günü isti hava ilə əlaqədar qırmızı xəbərdarlıq tətbiq edilən İtaliya şəhərləri arasında idi.

Qeyd edək ki, Kataniya hava limanı Siciliyanın ən vacib hava limanıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR