Bank Of Baku

Sırski: Ukrayna üçün ərazidən imtina etmək qəbuledilməzdir

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski

© APA | Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski

# 05 dekabr 2025 22:36 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkəsinin heç bir halda öz ərazisindən imtina etməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə RBK-Ukraina məlumat yayıb.

“Əlbəttə, bizim üçün sadəcə ərazini təhvil vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan imtina etmək nə deməkdir? Biz bunun üçün mübarizə aparırıq və buna görə də ərazilərimizi vermirik”, – Sırski bildirib.

Baş komandanın sözlərinə görə, Ukrayna üçün “ədalətli sülh” heç bir ilkin şərt qoyulmadan, ərazi güzəştləri tələb olunmadan və hazırkı təmas xətti boyunca atəşin dayandırılması ilə mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR