Brüssel Gürcüstana qarşı ədalətsizdir və ikili standart tətbiq edir.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət Piter Siyarto gürcüstanlı həmkarı İlia Darçiaşvili ilə görüşdən sonra “Facebook” paylaşımında qeyd edib.
“Brüssel Gürcüstana qarşı ədalətsizdir, Ukrayna və Moldovadan fərqli olaraq namizəd statusu verməməklə ikili standart tətbiq edir, lakin Gürcüstan üzvlük statusu alan bu iki ölkədən heç də pis vəziyyətdə deyil. Macarıstan Gürcüstanın Avropa İttifaqına qoşulma prosesinə tam dəstək verəcək. Avropa Komissiyasına təqdim edilmiş aralıq hesabatı gürcü dostlarımızın qəbul prosesində nəzərəçarpan tərəqqi əldə etdiyini sübut edir”, - Siyarto qeyd edib.