Bank Of Baku

Slovakiya ABŞ-dan aldığı F-16 qırıcısının yeddisini təhvil alıb

Slovakiya ABŞ-dan aldığı F-16 qırıcısının yeddisini təhvil alıb
# 03 oktyabr 2025 04:03 (UTC +04:00)

Slovakiya ABŞ-dan aldığı 14 “F-16 Block 70” tipli döyüş təyyarəsindən yeddisini təhvil alıb.

APA xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat verib.

Məlumata görə oktyabrın 2-də axşam Slovakiyanın qərbindəki Kuhine hərbi aerodromuna biri tək və biri iki yerlik olan iki ədəd “F-16 Block 70” qırıcı təyyarəsi eniş edib.

Hazırda təyyarə texniki qəbuldan keçir və bundan sonra agentliyin məlumatına görə, onlar təlim uçuşlarına başlayacaqlar.

Qeyd edək ki, Slovakiya 2018-ci ilin sonunda 14 ədəd “F-16 Block 70” döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR