Bank Of Baku

Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını ölkədən çıxarır

Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını ölkədən çıxarır
# 15 mart 2022 11:34 (UTC +04:00)

Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını ölkədən çıxarır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, qərar məxfi xidmətin məlumatı əsasında qəbul edilib və rusiyalı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verilib.

“Eyni zamanda, XİN Rusiya Federasiyası səfirliyinin əməkdaşlarının Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına uyğun davranmasına dair güclü xəbərdarlıq edir”, - bəyanatda bildirilib.

Slovakiya xəbər saytı “dennikn.sk”nın yaydığı məlumatda qeyd olunub ki, polis Slovakiya Müdafiə Nazirliyinin polkovnikini, Əks-kəşfiyyat xidmətinin bir üzvünü və hökumətin bu ay bağladığı xəbər saytı ilə əlaqəli bir nəfəri Rusiyaya casusluqda ittiham edərək saxlayıb. Slovakiya müdafiə naziri Yaroslav Nad sözügedən xəbəri “Facebook” hesabında paylaşaraq məsələ ilə əlaqədar hərbi kəşfiyyatın polisə əsas kəşfiyyat məlumatları və aydın dəlillər təqdim etdiyini təsdiqlədiyini bildirib. Rusiyanın Bratislavadakı səfirliyi məsələyə hələ ki münasibət bildirməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR