Bank Of Baku

Slovakiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləməyib

Slovakiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləməyib
# 08 noyabr 2023 16:21 (UTC +04:00)

Slovakiya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində növbəti 14-cü paketi təsdiqləməyib.

APA xəbər verir ki, bu barədə yerli TASR agentliyi məlumat yayıb.

Agentliyin sözlərinə görə, 40,3 milyon avro dəyərində hərbi yardım paketinin Ukraynaya göndərilməsini Slovakiya Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi təklif edib.

Həmin paketə 4 milyona yaxın 7,62 mm çaplı patron, 125 mm-lik toplar üçün 5 172 ədəd iriçaplı mərmi, “Kub” hava hücumundan müdafiə sistemi üçün 140 raket, 8 minaatan və 1200 mina daxil olmalı idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR