Bu gün Sloveniyada prezident seçkiləri keçirilir.
APA-nın xəbərinə görə, yerli vaxtla saat 07.00-da açılan 3 mindən çox seçki məntəqəsi saat 19.00-da bağlanacaq.
Prezident postuna 8 iddiaçı var. Seçkilərin favoriti sabiq xarici işlər naziri Anje Loqar sayılır.