Ukraynanın baş naziri Denis Şmıqal hərbçilərə təlimi artırmaq üçün Kanadadan xahiş edib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz əsgərlərimizin hazırlığının artırılmasını xahiş edirik. Ordumuzun NATO standartlarına uyğun, döyüşdüyü bir vaxtda ndi bu çox vacibdir”, - deyə Ukraynanın baş naziri bildirib.
O qeyd edib ki, Kiyev və ordusu yorğundur, lakin tükənməyib.
Şmıqal qeyd edib ki, ölkə əks hücuma hazırlaşır, ona görə də Ukrayna Silahlı Qüvvələrinə silah-sursat və texnika lazımdır.
Bundan əlavə, Ukraynanın baş naziri Kanada hakimiyyəti ilə Rusiyaya qarşı növbəti sanksiyalar məsələsini müzakirə etdiyini bildirib.