Spiker: Avropanın Gürcüstana münasibəti öz dəyərlərinə uyğun gəlmir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

© APA | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

# 04 iyun 2024 14:40 (UTC +04:00)

Avropanın son iki ildə Gürcüstana münasibəti Avropa dəyərlərinə uyğun gəlmir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin Gürcüstan, Ukrayna və Moldovaya münasibətini dəyərləndirərkən deyib.

O, Avropanın inteqrasiya prosesində çoxlu ədalətsiz qərarlar qəbul etdiyini, gürcü xalqının həm tarixən, həm də son dövrlərdə yol verilmiş bu cür qərarlara alışdığını əlavə edib.

Spiker qeyd edib ki, Aİ Ukrayna və Moldovaya namizəd statusu verərkən Gürcüstana qarşı ədalətsizliyə yol verərək eyni qərarı qəbul etməyib. Daha sonra isə digər iki ölkə ilə, həmçinin Bosniya və Hersoqovina ilə üzvlük danışıqlarına başlamaq qərarı qəbul edilib, lakin Gürcüstana yalnız namizəd statusu verilib. Şalva Papuaşvili həmin ölkələrin Gürcüstandan geridə olduğunu, Aİ-nin qərarının ədalətsiz olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR