Bank Of Baku

Spiker: İsveç üçün hazırkı vəziyyətdə NATO üzvlüyünü gözləmək yanlış arzu olaraq qalır

Spiker: İsveç üçün hazırkı vəziyyətdə NATO üzvlüyünü gözləmək yanlış arzu olaraq qalır
# 03 iyul 2023 13:48 (UTC +04:00)

Türkiyə İsveçin NATO-ya üzvlüyünün qəti şəkildə əleyhinə deyil.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Milliyet” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, İsveç terrora dəstəyi dayandırmalı, Türkiyə düşmənlərini qorumaqdan əl çəkməlidir.

“Onların heç birindən əl çəkmədiyini görürük. Finlandiya addım atdı və Türkiyə NATO-ya daxil olması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirdi. İsveç öz ev tapşırığını etməlidir. Bu təxribatçı hərəkətlərin qarşısını almalı, Türkiyəyə düşmən olan terror təşkilatlarının rəhbərlərini ekstradisiya etməlidir”, - deyə o vurğulayıb.

Kurtulmuş əlavə edib ki, verdiyi vədləri yerinə yetirməyən İsveç üçün hazırkı vəziyyətdə NATO üzvlüyünü gözləmək yanlış arzu olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR