Bank Of Baku

“Stellantis” qrupu Rusiyadan Avropaya ixracı dayandırır

“Stellantis” qrupu Rusiyadan Avropaya ixracı dayandırır
# 13 mart 2022 22:09 (UTC +04:00)

Avropanın “Stellantis” qrupu Rusiyadan hazır məhsul ixracını dayandırır.

APA-nın BFM TV-yə istinadla xəbərinə görə, Qrup Rusiyaya avtomobil ixracını dayandırıb. Kaluqadakı miniven zavodu isə istehsalı minimuma endirəcək. Burada yığılan avtomobillər əvvəlkindən fərqli olaraq Şərqi Avropaya idxal edilməyəcək. Zavodda Rusiyanın daxili tələbatını ödəyəcək həcmdə nəqliyyat vasitəsi istehsal ediləcək.

Rusiya bazarında yeni sərmayə qoyuluşu isə dayandırılıb. Gələn həftədən etibarən Şərqi Avropa ölkələrinə Fransa və Britaniyada istehsal edilmiş minivenlər yola salınacaq.

Qeyd edək ki, “Stellantis” qrupunun illik dövriyyəsində Rusiyanın payı cəmi 1,5%-dir. Qrup ötən il burada 100 000 avtomobil satıb. Dünya üzrə ümumi satış həcmi isə 6,5 milyonu ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR