NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin toplantısında iştirak edəcək.
APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş katib Stoltenberq sentyabrın 7-də fikir mübadiləsi aparmaq üçün Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi (AFET), Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin (SEDE) birgə iclasında iştirak edəcək.