NATO Baş katibi Yens Stoltenberq Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya liderləri ilə görüşüb.
APA xəbər verir ki bu barədə Yens Stoltenberq "Twitter" hesabında bildirib.
"Təhlükəsizlik regional deyil, qlobaldır - buna görə də biz əməkdaşlığımızı dərinləşdirməyə davam etməkdə qərarlıyıq", - Stoltenberq əlavə edib.
Görüşdə Avstraliya, Yaponiya və Yeni Zelandiya Baş nazirləri və Cənubi Koreya Prezidenti iştirak edib.
Qeyd edək ki, görüş NATO-nun Vilnüsdə keçirilən sammitinin ikinci günündə baş tutub.