Bank Of Baku

Stoltenberq Çinə xəbərdarlıq edib

Stoltenberq Çinə xəbərdarlıq edib
# 05 aprel 2023 16:40 (UTC +04:00)

Çinin Rusiyaya yardımı böyük səhv olacaq və bunun kəskin nəticələri olacaq.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın XİN başçılarının iclasından sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, NATO müttəfiqləri Çinin etdiklərini yaxından monitorinq edir: “Çindən Rusiyaya veriləcək dəstək böyük səhv olacaq və bunun dərin təsirləri, kəskin nəticələri olacaq”.

Stoltenberq eyni zamanda, əlavə edib ki, indiyə qədər Çinin Rusiyaya hərbi yardımı qeydə alınmayıb: “Ancaq Çin indiyə qədər Rusiyanın Ukraynada törətdiklərini, bu qanlı müharibəni pisləməyib. Biz Çin və Rusiyanın daha da yaxınlaşdığını görürük, onlar müharibədən qabaq tərəfdaşlıq sazişi imzaladı. Çin Rusiyanın iqtisadiyyatına yardım edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR