Bank Of Baku

Stoltenberq: "Ərdoğan ratifikasiya prosesi ilə əlaqədar Parlamentlə işləyəcəyini bildirib"

Stoltenberq: "Ərdoğan ratifikasiya prosesi ilə əlaqədar Parlamentlə işləyəcəyini bildirib"
# 11 iyul 2023 00:08 (UTC +04:00)

"Bu gün tarixi gündür. Çünki Türkiyə tərəfi İsveçin üzvlüyü ilə bağlı protokolu Böyük Millət Məclisinə təqdim edəcəyi barədə öhdəlik götürdü. İsveç tərəfi də terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq şəraitində mühüm addımlar atacağı barədə öhdəliyini qeyd etdi".

APA xəbər verir ki bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveçin Baş naziri ilə üçtərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Protokolun nə zaman təqdim olunmasına gəlincə, Türkiyənin müxtəlif siyasi dövlət institutularında vaxt cədvəli ilə bağlı şərh vermək mənə düşməz. İlk olaraq Prezident sənədi Parlamentə təqdim edəcək. Prezident Ərdoğan bunu mükün qədər tez edəcəyini bildirdi. Daha sonra parlamentdə bununla bağlı qərar veriləcək. Hər bir Parlamentin vaxt cədvəli var və biz buna hörmət etməliyik. Mən şadam ki, Ərdoğan ratifikasiya prosesi ilə əlaqədar Parlamentlə işləyəcəyini bildirib. Ancaq bunun nə zaman olacağı ilə bağlı sualı Türkiyə Parlamenti bilir", - deyə Stoltenberq bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR