Stoltenberq: Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır

Stoltenberq: Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır
# 21 fevral 2024 18:07 (UTC +04:00)

Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır və alyans Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

Stoltenberq Rusiyanı Gürcüstan ərazilərindəki qondarma qurumları müstəqil dövlət kimi tanımasını geri çəkməyə çağırıb.

“Rusiya tərəfindən Gürcüstanın işğal altındakı ərazilərinin anneksiyasına dair istənilən təhdid qəbuledilməzdir”, - Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR