Bank Of Baku

Stoltenberq: NATO müttəfiqləri Ukraynanın üzvlüyü ilə bağlı bir çox prinsiplərdə razılaşıb

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 07 iyul 2023 16:38 (UTC +04:00)

"Ukrayna və NATO-ya üzvlük məsələsinə gəlincə, onu vurğulamaq lazımdır ki, NATO müttəfiqləri bu məsələ ilə bağlı artıq bir çox prinsiplərdə razılaşıblar".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

"Biz razılaşırıq ki, NATO-nun qapısı açıqdır və Ukrayna üzv olacaq, bu, vacib bir mesajdır. Və biz razılaşırıq ki, Ukraynanın NATO-ya üzv olacağı doğru zamanla bağlı bu ölkə özü və NATO müttəfiqləri qərar verəcək. Bu məsələdə Rusiyanın veto hüququ yoxdur. Eyni zamanda NATO müttəfiqləri razılaşır, ki hazırda ən vacib vəzifəmiz odur ki, lazım olduğu müddətcə biz Ukraynanın yanında dayanmalı, ona dəstək verməliyik, çünki Ukrayna bu müharibədə qalib gəlməyincə üzvlüklə bağlı müzakirə olunacaq məsələ yoxdur. Ona görə də NATO müttəfiqləri görünməmiş dərəcədə hərbi yardımlar, ianələr edirlər", -Stoltenberq bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR