NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, müttəfiqlər gələn il ərzində Ukraynaya 40 milyard avro ayırmaq niyyətindədir.
APA NATO-nun saytına istinadən xəbər verir ki, o, bu barədə Beynəlxalq Krım Platformasının IV Sammitinə ünvanladığı müraciətində bildirib.
Stoltenberq vurğulayıb ki, NATO-nun dəstəyi “Ukraynaya bu gün özünü müdafiə etməyə və gələcəkdə Rusiya hücumlarının qarşısını almağa kömək edəcək”.
“Ukraynanın gələcəyi NATO-dadır və o, üzvlük üçün dönməz yoldadır. NATO-nun davamlı köməyi ilə Ukrayna suveren, müstəqil və demokratik dövlət kimi qalib gələcək”, - Stoltenberq qeyd edib.
Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcək
© APA | NATO-nun Baş katibi Yens Stoltenberq
12 sentyabr 2024 12:30 (UTC +04:00)
Avropa
Veymar Üçbucağı: Gürcüstanın Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılmasına təəssüflənirik
18:57
10 oktyabr 2024
Zelenski Parisdə Makronla görüşüb
17:55
10 oktyabr 2024
NATO gələn həftədən nüvə təlimlərinə başlayır
16:08
10 oktyabr 2024
Zelenski Britaniya Baş nazirinə Qələbə Planını təqdim edib
15:51
10 oktyabr 2024