Bank Of Baku

Stoltenberq: NATO Zaporojye AES ətrafındakı vəziyyəti diqqətlə izləyir

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 07 iyul 2023 17:06 (UTC +04:00)

"NATO Zaporojye AES ətrafındakı vəziyyəti diqqətlə və yaxından izləyir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Stoltenberq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin AES-dəki vəziyyəti izlədiyini və Agentliyin mütəxəssislərinin orada çalışdığını xatırladaraq deyib ki, NATO bu fəaliyyəti təqdir edir.

"Bu, vacibdir çünki Zaporojye AES Avropanın ən böyük AES-dir. Biz AEBA-nın mandatını dəstəkləyirik. AEBA-nın son qiymətləndirməsinə görə, indiki mərhələdə burada hər hansı mina və partlayıcıların olması ilə bağlı göstəricilər qeydə alınmayıb. Onlar eyni zamanda əlavə girişlərin verilməsini istəyiblər. Biz Rusiyanı AES-dən çəkilməyə, Ukraynanın və beynəlxalq ekspertlərin bura tam girişini təmin olunmasına çağırırıq. Vəziyyəti izləməyə davam edəcəyik", Stoltenberq əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR