Bank Of Baku

Stoltenberq: Rusiyanın NATO-nu vurmaq niyyətinə dair heç bir işarə yoxdur, lakin zərbələr sabitliyi pozur

Stoltenberq: Rusiyanın NATO-nu vurmaq niyyətinə dair heç bir işarə yoxdur, lakin zərbələr sabitliyi pozur
# 09 sentyabr 2023 18:44 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Rumıniya Prezidenti Klaus Yohannis arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

"Mən Rumıniya Prezidenti ilə Rumıniyada tapılan pilotsuz uçuş aparatının hissələri və Dunay vasitəsilə Rusiyanın Ukraynaya hücumları ilə bağlı danışdım. (Rusiyanın - red.) NATO-nu vurmaq niyyətinə dair heç bir işarə yoxdur, lakin zərbələr sabitliyi pozur. Mən ABŞ-ın NATO hava polis patrulu üçün daha çox F-16 yerləşdirmək qərarını alqışlayıram. Biz Rumıniya ilə həmrəyik", Stoltenberq vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR