Bank Of Baku

Stoltenberq: Ukrayna qüvvələri əraziləri geri alır və Rusiya işğalçılarını geri oturdur

Stoltenberq: Ukrayna qüvvələri əraziləri geri alır və Rusiya işğalçılarını geri oturdur
# 11 iyul 2023 11:09 (UTC +04:00)

"Müharibələr xarakter etibarı ilə proqnozlaşdırıla bilmir və biz gözlədiyimizdən də uzun müddət davam edə bilər".

APA xəbər verir ki, bunu NATO Baş Katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.

"Bizim edəcəyimiz yalnız odur ki ehtiyac olduğu müddətcə Ukraynanın yanında olaq, bu ölkəyə hərbi dəstəyimizi davam etdirək. Biz unutmamalıyıq ki, bu müharibə 2014-cü ildən başlayıb, ötən ilin fevralında isə tammiqyaslı işğal başlayıb", - Baş katib bildirib.

Yens Stoltenberq Ukraynanın əks-hücumundan da danışıb və onun vacib olduğunu vurğulayıb: "Ukrayna qüvvələri əraziləri geri alır və Rusiya işğalçılarını geri oturdur. Ancaq eyni zamanda, Ukrayna qüvvələri burada müqavimətlə, çətinliklərlə də üzləşir".

NATO Baş katibi bildirib ki, Vilnüs Sammitində Alyansın müttəfiqləri Ukraynaya hərbi yardımın davamı və gücləndirilməsi ilə bağlı həmrəylik ifadə edəcək: “Həmçinin inanıram ki, müttəfiqlər bir daha bəyan edəcəklər ki, Ukrayna Alyansa üzv olacaq. Hər kəs başa düşür ki, Putinin Ukraynada qalib gəlməsi yalnız ukraynalılar üçün təhlükəli deyil, bu, həmçinin bizim üçün təhlükəlidir. Bu avtoritar rejimlər üçün mesaj ola bilər ki, onlar hərbi güc tətbiq edərək məqsədlərinə nail ola bilər. Bu, beynəlxalq nizam üçün də təhdiddir. Ukraynanı dəstəkləmək bizim marağımızdadır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR