Bank Of Baku

Stoltenberq: “Ukraynanın NATO-ya üzvlük məsələsi sammitin gündəliyində olmayacaq”

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 23 mart 2022 17:37 (UTC +04:00)

"Ukraynanı NATO-ya üzvlük məsələsi Alyansın sabah baş tutacaq sammitinin gündıliyində olmayacaq".

APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq sammitə həsr olunmuş brifinq zamanı deyib.

O qeyd edib ki, Ukraynadakı müharibə NATO ilə Rusiya arasında münaqişəyə çevrilməməlidir, əks halda daha çox insan itkisinə və dağıntılara səbəb olacaq.

Stoltenberq Çinin rolunun çox vacib olduğunu da vurğulayıb:

“Pekin Moskvaya qoşuldu. Çin Rusiyaya siyasi dəstək verdi. Müttəfiqlər olaraq biz Rusiyanın bu işğalına dəstəyin qarşısını almağı planlaşdırırıq. Biz eyni zamanda BMT TŞ-nın üzvü olan Çini məsuliyyətli davranmağa çağırırıq”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR