NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın xarici işlər naziri Liz Trussla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Stoltenberqin mətbuat katibi Oana Lungesku "Twitter"də bildirib.
Tərəflər Ukraynada və onun ətrafında Rusiya hərbi qüvvələrinin toplanması və bunun Avropanın təhlükəsizliyi üçün təsirlərini müzakirə ediblər.
Yens Stoltenberq Böyük Britaniyanın NATO-nun kollektiv müdafiəsinə verdiyi töhfələrə və Ukraynaya verdiyi güclü dəstəyə görə Britaniya XİN rəhbərinə təşəkkür edib.