Sui-qəsdə məruz qalan Slovakiya Baş nazirinin həyati təhlükəsi var

Sui-qəsdə məruz qalan Slovakiya Baş nazirinin həyati təhlükəsi var
# 15 may 2024 18:41 (UTC +04:00)

Sui-qəsdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun həyati təhlükəsi var.

APA xəbər verir ki, bu barədə Baş nazirin rəsmi “Facebook” hesabında məlumat verilib.

Bildirilib ki, Robert Fitso bir neçə güllə yarası alıb və o, vertolyotla Banska-Bistritsa şəhərinə aparılır, çünki kəskin müdaxilə zərurətindən onu paytaxt Bratislavaya çatdırmaq çox vaxt aparacaq.

Hər şeyin yaxın saatlarda həll olunacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR