İstanbulun Taksim meydanındakı terror aktınıı planlaşdıran şəxs zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə Türkiyə MİT məlumat yayıb.
Bildirilib ki, Taksim terrorunu planlaşdıran Halil Menci Suriyada zərərsizləşdirilib.
Qeyd edək ki, ötən il, noyabrın 13-də İstanbulun Taksim meydanında terror aktı törədilib. Nəticədə 6 nəfər ölüb, 81 nəfər yaralanıb.