Bank Of Baku

Tayvanda zəlzələ olub

Tayvan

© APA | Tayvan

# 19 mart 2022 19:58 (UTC +04:00)

Tayvanda 5.1 bal gücündə zəlzələ olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Nantou şəhərinin 29.4 km yaxınlığında yerləşib.

Zəlzələ 15 km dərinlikdə baş verib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, 23 milyon insanın yaşadığı Tayvan Şərqi Asiyanın seysmik cəhətdən aktiv bölgəsində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR