Tbilisi məhkəməsi “xarici agentlər haqqında” qanuna etiraz edənə 9 il həbs verib

Tbilisi məhkəməsi “xarici agentlər haqqında” qanuna etiraz edənə 9 il həbs verib
# 12 aprel 2024 11:07 (UTC +04:00)

Tbilisi Şəhər Məhkəməsi ötən il “xarici agentər haqqında” qanun layihəsi ilə əlaqədar keçirilən aksiyalar zamanı saxlanılmış yeganə etirazçı ilə bağlı yekun qərarını bəyan edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məhkəmə 23 yaşlı Lazare Qriqoriadisə 9 il həbs cəzası verib. O, 2023-cü il 7-9 mart tarixlərində baş vermiş etirazlar zamanı polisə “Molotov kokteyli” atmaqda, həmçinin polis maşınına od vurmaqda ittiham edilib. Hakim Zviad Şaraşadze onu hər iki ittiham üzrə müqəssir hesab edib.

Qriqoriadisin ailə üzvləri əfv üçün dərhal Prezident Salome Zurabişviliyə müraciət edəcəklərini bildiriblər. Gürcüstanın bəzi vətəndaş cəmiyyəti fəalları hökmün Tbilisidə gələn həftədən etibarən planlaşdırılan nümayişlərdən əvvəl verilməsinin məqsədyönlü olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR